waplog

“Apple”ın yeni kompüter prosessoru “Intel Core i9”dan daha sürətli olub


Yeni “Mac” kompüterlərinə quraşdırılacaq hələ elan edilməmiş “Apple A14X Bionic” çipi “GeekBench 5” xidmətində sınaqdan keçirilib. Bu haqda öz mənbələrinə istinadən “Appleinsider” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, 8 nüvəli prosessor və 8 QB əməli yaddaşla təchiz edilmiş test quraşdırması 1634 xal (birnüvəli test) və 7220 xal (çoxnüvəli test) toplayıb. Müqayisə üçün, “Intel Core i9” prosessoru ilə təchiz edilmiş “MacBook Pro” cihazının ən yaxşı konfiqurasiyası “GeekBench” xidmətində müvafiq olaraq 1096 və 6869 xal toplayıb.

 

“ARM” prosessoru ilə təchiz edilmiş ilk “Mac” qurğularının noyabrın 10-da təqdim ediləcəyi gözlənilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL