“WhatsApp” pulköçürmələri sistemini istifadəyə verib
“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messencerinin administrasiyası Hindistanda proqramın daxilində pulköçürmələri sisteminin istifadəyə verilməsini elan edib. 2018-ci ildən sınaqdan keçirilən funksiya bu həftə yerli tənzimləyici qurumlar tərəfindən təsdiqlənib.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, Hindistan “WhatsApp” üçün ən böyük bazardır, messencerin 400 milyondan çox istifadəçisi orada yaşayır. Pulu göndərməyə və qəbul etməyə imkan verən xidmətin istifadəyə verilməsi məlumatların işlənilməsi və saxlanılması ilə bağlı narahatçılıq səbəbindən uzun müddət təxirə salınıb.
Yeni funksiya Hindistan Milli Ödəmə Korporasiyası ilə birgə hazırlanıb. Funksiya real vaxt rejimində 140 bank arasında əməliyyatlar aparmağa imkan verən Vahid Ödəmə İnterfeysinə (UPI) əsaslanır.
“WhatsApp” üzərindən pul göndərmək üçün istifadəçinin bankda hesabı olmalı və ya debet kartı olmalıdır. Hər bir əməliyyat UPI pin kodu ilə təsdiq edilməlidir.
Şirkətin bloqunda məlumat verilib ki, ödənişlər etibarlı qorunur və “WhatsApp” üzərindən pul göndərmək mesaj göndərmək kimi asandır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL