waplog

Alimlər: gələcəkdə işıq məlumat daşıyıcısı olacaq


Britaniyalı və fransalı alimlər hesablama, rabitə və ölçü sahəsində növbəti nəsil texnologiyalar istiqamətində irəliləyiş əldə ediblər. Onlar məhsuldar kvant kompüterləri və kvant rabitəsi üçün lazım olan sıxılmış işıq xüsusiyyətlərinin çox sürətli müəyyənləşdirilməsi üçün yığcam qurğu hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, işığın məlumat daşıyıcısı kimi istifadə edildiyi silisium fotonikası kvant fizikasında perspektivli bir istiqamətdir.

 

Mütəxəssislər tərəfindən hazırlanmış və foton çipi və mikroelektronika çipindən ibarət olan yığcam qurğu rekord yüksək sürətdə kvant işığının unikal xüsusiyyətlərinin ölçülməsi üçün istifadə olunur.

 

Qurğunun ölçüsü çox kiçikdir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL