waplog

"İnternetin atası" qlobal şəbəkənin məxfi alternativini hazırlayıb


“Ümumdünya Hörümçək Toru” və bir sıra populyar protokolların ixtiraçısı Tim Berners-Li artıq dəfələrlə deyib ki, internet ödənişsiz və açıq olmalıdır, həmçinin onun təbliğat və saxta xəbərlərin yayılması üçün istifadəsi narahatçılıq doğurur. O, "korporasiyalar tərəfindən ələ keçirilmiş" qlobal şəbəkəyə alternativ olaraq istifadəçilərin məxfiliyinin qorunub saxlanılması üçün nəzərdə tutulmuş açıq mənbə kodlu layihəsini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, alim tərəfindən təsis edilmiş “Inrupt” startapı hələ 2017-ci ildə yaradılmış “Solid” platformasının korporativ versiyasını istifadəyə verib. Bu platforma nəhəng təşkilat və hökumətlərə istifadəçilərin fərdi onlayn xidmətlərdə (modullar) saxlanılan məlumatlarına nəzarət etməsini təmin edən tətbiqlər yaratmağa imkan verir. Bu tətbiqlərə konkret işin icrası üçün müxtəlif xidmətlər qoşula bilər.

 

Ənənəvi veb-proqramlardan (mobil versiyalar daxil olmaqla) fərqli olaraq, “Solid” platforması ilə iş vaxtı proqramın sahibi fərdi məlumatlardan istifadə üçün icazə istəməlidir. Zərurət olduqda istifadəçi xidmətin onun moduluna girişini bağlayaraq fərdi informasiya ilə paylaşımı dayandıra bilər. İlk belə layihələrdən biri Böyük Britaniya Milli Səhiyyə Xidmətinin tətbiqi olub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL