waplog

Avropa Birliyi xüsusi xidmət orqanları üçün messencerlərdə şifrlənmiş yazışmalara giriş imkanını açacaq


Avropa Birliyinin səlahiyyətli nümayəndələri terrorizmlə mübarizə üçün xüsusi xidmət orqanlarının şifrlənmiş kommunikasiya texnologiyalarına giriş imkanını genişləndirən qətnaməni müzakirə edəcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, bu haqda noyabrın 13-də AB-nin daxili işlər nazirlərinin görüşünə hazırlanmış sənədin layihəsinə istinadən “Bloomberg” nəşri məlumat verib. "Biz Avropada yaşayan insanları islamizdən qorumalıyıq" – bəyanatda deyilir. Bəyanatda AB-nin hökumətləri üçün messencer və sosial şəbəkələrdəki şifrlənmiş mesajlara giriş imkanını təmin edən tədbirlər təsvir edilir.

 

Agentlik qeyd edir ki, Fransa və Avstriyada bu yaxınlarda baş vermiş terror aktları terrorizmi AB-nin siyasi gündəliyində yenidən birinci yerə geri qaytarıb. "Rəqəmli məlumatlara giriş daha da vacib hala çevrilir" – sənəddə qeyd edilir. AB-nin nazirləri bəyanatın layihəsi təsdiq edildiyi halda "Biz dini icmalar da daxil olmaqla qarşılıqlı hörmət tələb edirik” kimi açıqlama verəcəklər. Bu, eyni dərəcədə həm İslam, həm də digər başqa dinlərə aiddir".

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL