waplog

“M1” prosessoru ilə təchiz edilmiş yeni “Apple MacBook Pro” noutbukunun çatışmazlıqları məlum olub


“Apple” şirkətinin yeni kompüterləri bir sıra məhdudiyyətlərə malikdir. Bu haqda “MacBook” noutbuklarının təqdimatında məlumat verilməyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Apple”ın öz prosessoru ilə təchiz edilmiş “MacBook Pro” versiyası yalnız 2 ədəd “USB-C” portuna malikdir ki, bu da “Intel”in ən ucuz versiyasına uyğundur. Bundan başqa, noutbuka kənar videokart qoşmaq olmur, hərçənd portlar “Thunderbolt” texnologiyasını dəstəkləyir. Əlavə qrafik imkanlara ehtiyacı olan dizayner və istehsalçılar tez-tez bu xüsusiyyətdən istifadə edirlər.

 

“MacBook Pro” noutbuku yalnız 16 QB əməli yaddaş ilə olan konfiqurasiyada əlçatandır, halbuki “Intel” ilə olan versiya 32 QB dəstəkləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL