waplog

Səkkiz kameralı smartfon yaradılıb


Çində səkkiz kamera ilə təchiz edilən smartfon patentləşdirilib. Bu barədə Niderlandın "LetsGoDigital" nəşrinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, 2020-ci il oktyabrın əvvəlində təsdiq edilən patentin qeydiyyata alınması üçün müraciət "Lens Technology Co. Ltd" şirkəti tərəfindən edilib. Jurnalistlərin sözlərinə görə, Çin istehsalçısı "Apple", "Samsung", "Huawei" və digər şirkətlərlə əməkdaşlıq edir. Məsələn, şirkət "Apple Watch" saatları üçün ekranlar buraxır. Sənədlərə görə, mühəndislərin yaratdığı konseptual aparat hər küncdə iki sensor olmaqla arxa paneldə yerləşən səkkiz obyektivə malikdir.

 

Jurnalistlərin fikrincə, əsas kamera ultraenli, enlibucaqlı və teleskopik obyektivlərdən ibarətdir. Çəkiliş rejimindən asılı olaraq bir neçə obyektiv və ya eyni anda bütün sensorlar tətbiq edilə bilər.

 

Smartfonun ön tərəfində ön kamera üçün kəsiklər mövcud deyil. Buna əsaslanan jurnalistlər ön kameranın qurğunun ekranına inteqrasiya edilməsi qənaətinə gəliblər. Materialda qeyd olunur ki, patentin qeydiyyata alınmasında məqsəd naməlumdur – bu, qurğunun istehsalından əvvəl yaradılan həm konsept, həm də real prototip ola bilər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL