waplog

“Microsoft” korporasiyası “Windows Embedded Standard 7” əməliyyat sisteminin dəstəyini dayandırıb


"Microsoft" korporasiyası ixtisaslaşdırılmış qurğularda istifadə üçün nəzərdə tutulmuş "Windows Embedded Standard 7" əməliyyat sisteminin dəstəyini dayandırıb. Məlumatda deyilir ki, sözügedən sistemin dəstəyi 13 oktyabr 2020-ci il tarixində dayandırılıb, istifadəçilərə isə "Windows 10 IoT Enterprise" sisteminə keçid tövsiyə edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3dnews.ru" saytına istinadən yazır ki, "Windows 7" əməliyyat sisteminin dəstəyi bu ilin yanvarında dayandırılıb. Bu o deməkdir ki, 2009-cu ildə çıxarılmış ƏS-i daha düzəlişlər və təhlükəsizlik yeniləmələri almır. "Windows 7" sisteminin dəstəyi genişləndirilmiş təhlükəsizlik yeniləmələri proqramı çərçivəsində mümkündür və bu, əlavə ödəniş etməklə korporativ müştərilərə əlçatandır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL