waplog

“Samsung” şirkəti ilk 5 nanometrlik prosessorunu təqdim edib


“Samsung” şirkəti 5 nm-lik texnoloji prosesdən istifadə və ultrabənövşəyi litoqrafiya (EUV) tətbiqi ilə hazırlanmış ilk prosessorunu təqdim edib. “Exynos 1080” prosessoru ilə təchiz edilmiş mobil qurğuların gələn ilin əvvəlinə təqdim ediləcəyi gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, prosessor səkkiz hesablama nüvəsinə malikdir. Qrafikanın emalını “Mali-G78 MP10” çipi təmin edir.

 

Daxili “5G” modem 6 QHs-dən aşağı tezlikdən və millimetr dalğa (mmWave) diapazonundan istifadə edir. “Bluetooth 5.2” və “Wi-Fi 6”, “UFS 3.1” standartlı (LPDDR5-i) əməli yaddaş, “WQHD ” təsvir ölçülü 90 Hs-dək yeniləmə tezlikli displey dəstəyi var.

 

“Exynos 1080” prosessoru ilə işləyən qurğuya təsvir ölçüsü 200 mp-dək olan tək kamera və ya iki 32 mp-lik obyektiv quraşdırıla bilər. Saniyədə 60 kadr sürətlə 4K video çəkilə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL