waplog

Çin qurulan “5G” baza stansiyalarının sayına görə dünya birincisidir


Çində 2020-ci ilin əvvəlindən təxminən 700 min "5G" baza stansiyası quraşdırılıb ki, bu da 500 min sayda qarşıya qoyulan stansiyadan çoxdur. Bu barədə "The South China Morning Post" nəşrinin Çin hakimiyyəti nümayəndələrinin bəyanatına istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, Çinin nail olduğu nəticə ölkə kənarında quraşdırılan "5G" stansiyalarının sayını təqribən 2 dəfədən çox üstələyir. Bu barədə Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Lyu Lihonq bildirib.

 

Oktyabrda Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi bəyan edib ki, 2020-ci il oktyabrın ortalarına olan vəziyyətə görə, ölkə ərazisində 690 mindən çox "5G" baza stansiyası fəaliyyət göstərib. Həmçinin vurğulanıb ki, Çində beşinci nəsil mobil rabitə şəbəkələrinə 160 milyon qurğu qoşulub.

 

Noyabrın 11-də "China Development Forum" forumunda çıxış edən nazir müavini yeni rəqəmlər təqdim edərək Çində "5G" şəbəkələrinə 180 milyon qurğunun qoşulduğunu qeyd edib.

 

Analitiklərin sözlərinə görə, Çin "5G" baza stansiyalarının qurulması tempində əhəmiyyətli nəticələr nümayiş etdirir. "Lakin sayı 1,2 milyarda çatan əvvəlki "4G" standartının böyük abunəçi bazası ilə müqayisədə "5G" istifadəçilərinin sayı hələ ki azdır", – onlar əlavə edib. Mütəxəssislərin sözlərinə görə, populyar "5G" proqramları və istehlakçı xidmətlərinin çatışmazlığı səbəbindən insanlar "5G" rabitəli bahalı tarif planlarına keçməyə həvəs göstərmirlər.

 

Çin hakimiyyətinin məlumatına əsasən, Çinin tam əhatə olunması üçün 10 milyon "5G" baza stansiyasının quraşdırılması lazımdır ki, bu da 2 trilyon yuan (280 milyard dollar) məbləğində investisiya tələb edəcək.

 

"Gartner" şirkətinin proqnozuna görə, 2020-ci ildə "5G" şəbəkələri üçün dünya infrastruktur bazarının həcmi təxminən iki dəfə artacaq, onun pul ifadəsində həcmi isə 8 milyard dollara çatacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL