waplog

Yeni “Samsung Galaxy S21” smartfonu vacib funksiya ilə təchiz ediləcək


“Ice universe” və “Max Jambor” adlı tanınmış blogerlər “Samsung Galaxy S21” smartfonunu gözləyən vacib yenilik – rəqəmli qələm (stilus) dəstəyi barədə məlumat açıqlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, Cənubi Koreya şirkətinin qabaqcıl smartfonu “S Pen” elektron qələmi ilə işləyəcək. İndiyədək stilus yalnız “Note” seriyalı “Samsung” qurğularında mövcud olub.

 

Lakin “Note” seriyalı smartfonlardan fərqli olaraq “Galaxy S21” üçün qələm əlavə aksesuar rolunda çıxış edəcək. Belə ki, onun üçün korpusda yer nəzərdə tutulmayacaq, smartfona bərkidilmə isə maqnitli olacaq.

 

Yeni “Samsung Galaxy S21” smartfonunun 2021-ci ilin əvvəlində təqdim ediləcəyi gözlənilir. 120 giqahers yeniləmə tezlikli ekranla təchiz ediləcək smartfon “Snapdragon 875” prosessoruna malik dünyanın ilk qurğularından olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL