Azərbaycanın telekommunikasiya bazarı MDB-də beşinci yeri tutur
Azərbaycanın telekommunikasiya bazarı MDB ölkələrinin (Rusiya istisna olunmaqla) bazarları arasında beşinci yeri tutur. Bu barədə PMR Analitik Agentliyinin hazırladığı "2011-ci ildə MDB ölkələrində telekommunikasiya bazarı" adlı hesabatda deyilir.
MDB ölkələrinin üç iri telekommunikasiya bazarına Ukrayna, Qazaxıstan və Belarusun bazarları daxildir. Onların ardınca Özbəkistan və Azərbaycan bazarları gəlir.
PMR analitiklərinin hesablamalarına görə, adambaşına düşən gəlirlər üzrə Qazaxıstan, Moldova, Azərbaycan və Belarus regional liderlərdir, halbuki Ukrayna bu göstərici üzrə yeddinci pillədə qərarlaşıb.
Ukraynada, məsələn, mobil rabitə və internet xidmətlərinin qiyməti MDB ölkələrində ən aşağı qiymətləridən biridir. Bu ölkədə nisbətən təsbit edilmiş telefon rabitəsi şəbəkələri yaxşı inkişaf edib, bununla bağlı həcm üzrə rabitə xidmətlərindən isti
fadə həcmi Azərbaycan və Qazaxıstandan böyükdür. Hər iki ölkədə adambaşına düşən gəlirlər daha çoxdur.
PMR-in hesablamalarına görə, MDB ölkələrində telekommunikasiya xidmətləri bazarı 2012-ci ildə 5,5 faiz artacaq. Bu, əsasən mobil rabitə operatorlarının gəlirlərinin artması ilə şərtlənəcək.
MDB ölkələrində və Gürcüstanda telekommunikasiya xidmətləri bazarının ümumi həcmi 2010-cu ildə 11 milyard dollara yaxınlaşıb ki, bu da illik hesabatda 10 faiz artım deməkdir. PMR-in qiymətləndirməsinə görə, bazar 2011-ci ildə 10,5 milyard avroya qədər, yəni təxminən illik hesablamalarda 4,5 faiz azalıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL