waplog

İnnovativ “iPad” və “AirPods 3” qurğuları 2021-ci ildə buraxılacaq


“Apple” şirkəti “Mini-LED” innovativ displey texnologiyalı “iPad” planşetləri və üçüncü nəsil “AirPods” simsiz qulaqcıqları hazırlayır. Yeni qurğuların təqdimatı növbəti ilin birinci yarısında keçiriləcək. Bu barədə gələcək “Apple” qurğuları ilə bağlı dəqiq proqnozlar verən məşhur “TF International Securities” analitiki Min Çi Kuonun yeni proqnozunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, analitik bir müddət əvvəl 2021-ci ildə eyni vaxtda “Mini-LED” ekranlı altı qurğunun (12,9 düymlük ‌iPad Pro‌, 27 düymlük iMac Pro, 14,1 düymlük MacBook Pro, 16 düymlük ‌MacBook Pro‌, eləcə də 10,2 düymlük iPad‌‌ və 7,9 düymlük ‌‌‌iPad‌‌‌ mini) buraxılacağını bildirib. Məlumata görə, yeni ekranla ilk dəfə 12,9 düymlük ‌“iPad Pro‌” planşeti təchiz ediləcək.

 

Bildirilir ki, yeni displeylərlə şirkətin qurğuları daha nazik və yüngül olacaq. Müasir “LED” ekranlarda arxa işıqlandırması üçün bir neçə yüz işıq diodu tətbiq edildiyi halda “Mini-LED” displeylərdə onların sayı 10 minə çatacaq və hər birinin ölçüsü 200 mikron təşkil edəcək.

 

“Mini-LED” ekranlarından istifadə ekranın arxa işığını çevik idarə edərək lazımi yerləri dinamik şəkildə tündləşdirməyə və “OLED” ilə müqayisə ediləcək kontrastlıq göstəricisinə və maksimal rəng əhatəsinə nail olmağa imkan verərək üzvi işıq diodları üçün bozarma təhlükəsini aradan qaldıracaq.

 

Üçüncü nəsil “AirPods” simsiz qulaqcıqlarının istehsalına da 2021-ci ilin birinci yarısında başlamaq nəzərdə tutulur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL