waplog

Yaponiya kosmik zibilin təmizlənməsi üçün orbitə peyk göndərəcək


Yaponiyanın “Astroscale Holdings Inc.” startapı 2021-ci ilin martında kosmik zibilin təmizlənməsi üçün orbitə xüsusi peyk göndərəcək. Bu haqda Yaponiyanın “Kyodo” informasiya agentliyi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, məlumata görə, peyk Qazaxıstanın Baykonur kosmodromundan Rusiyanın "Soyuz" raketi ilə orbitə çıxarılacaq. Peykin uzunluğu və hündürlüyü 6 metr, eni 11 metr, çəkisi isə 175 kq-dır.

 

Peyk ilk sınaq missiyası zamanı xüsusi maqnit panellərin köməyi ilə kosmik zibilləri özünə tərəf çəkəcək, bundan sonra Yer kürəsinin atmosferinə geri qayıdacaq və toplanmış obyektlərlə birlikdə yanacaq.

 

Kosmik zibil, həmçinin işləməyən peyklər və atılmış raket bölmələri işləyən peyklər və Beynəlxalq Kosmik Stansiya üçün təhlükə hesab edilir. Yaponiya Kosmik Agentliyinin məlumatına görə, artıq ölçüsü 10 sm-dən böyük təxminən 20 min belə obyekt aşkar edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL