waplog

“Firefox” brauzeri 2021-ci ilin yanvarından “Flash Player”i dəstəkləməyi tamamilə dayandıracaq


“Firefox” brauzerinin hazırlanması ilə məşğul olan “Mozilla” şirkətinin nümayəndəsi bildirib ki, populyar brauzer 2021-ci ilin yanvarından “Adobe Flash Player” proqramını dəstəkləməyi tamamilə dayandıracaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, “Firefox 84” versiyası brauzerin “Adobe Flash Player” texnologiyasını dəstəkləyən son versiyası olacaq. Şirkət yanvarın 26-da “Firefox 85” versiyasını çıxarmağı planlaşdırır, artıq bu versiyada “Flash Player”in dəstəklənməsi dayandırılacaq. Bu halda 2017-ci ildən etibarən başlanğıc ayar kimi “Firefox” brauzerində “Adobe Flash Player” dəstəyi deaktiv edilib.

 

Məlumat üçün bildirək ki, 2017-ci ilin yayında “Adobe” şirkəti elan etmişdi ki, 2020-ci ilin sonunadək “Flash Player” platformasını yeniləməyi və dəstəkləməyi dayandıracaq. Şirkət bu qərarını “HTML5”, “WebGL” və “WebAssembly” daxil olmaqla, başqa standartların inkişafı ilə izah etmişdi.

 

“Adobe Flash” – 1996-cı ildə yaradılmış texnologiyadır və 2005-ci ildə “Macromedia” şirkətinin satın alınması nəticəsində “Adobe” şirkətinə məxsus olub. Bu texnologiya veb-səhifələrdə animasiya və səsli multimedia interaktiv məzmunu yaratmağa imkan verir. Əvvəllər “Flash” texnologiyası əsasında sayt və oyunlar yaradılırdı. Eyni zamanda, “Symantec” şirkətinin araşdırmasına görə, “Flash” bazarda mövcud olan məhsullar arasında ən çox boşluğa malikdir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL