waplog

2012-ci ilin smartfonları


2011-ci ildə smartfon bazarında əsas yeniliklərdən biri ilk dəfə “LG Optimus 2X” telefonlarında debüt edən ikinüvəli çiplər olub. Gələn il mobil telefonlarda emal etmə nüvələrinin ikiqat artması gözlənilir.

Hələlik bazarda yalnız bir dördnüvəli prosessor – “Nvidia Tegra 3” var. Şayiələrə görə, dördnüvəli prosessor ilk dəfə “HTC” şirkətinin hazırladığı modeldə tətbiq ediləcək.

“Qualcomm” şirkəti, həmçinin dördnüvəli “S4” çipi hazırlayır. “S4” çipi 1,5-2,5 QHz takt tezliyində işləyəcək. “Texas İnstruments” (Tİ) şirkəti də rəqiblərdən geri qalmayacaq. “Tİ OMAP 5” prosessorları da çoxnüvəli arxitekturada işləyəcəklər.

2012-ci ildə istehsal ediləcək smartfonların əsas xüsusiyyətlərindən biri böyük ekranlara malik olmalarıdır.
Smartfonlar 2012-ci ildə prosessor və displeylərdən əlavə, proqram təminatı sahəsində də inkişafa nail olmalıdırlar. Xüsusilə, səsin mətnə çevrilməsi (“Siri”-nin bənzəri) və ya reallıqla tamamlanan əlavələrə yüksək marağın olması gözlənilir.
Smartfon istehsalçıları arasında daha bir pop
ulyar yenilik kontaktsız ödənişlər etmək üçün nəzərdə tutulan “Near Field Communication” (NFC) texnologiyası olacaq.

Nəhayət, dördüncü nəsil şəbəkəsinin dəstəklənməsi mobil aparatlar bazarında populyar ola bilər. “LTE” şəbəkəsi bütün dünyada yayılmaqda davam edir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL