waplog

“Google”un universal messenceri faydalı funksiya əldə edəcək


“Google” şirkəti ənənəvi SMS göndərmə vasitəsini əvəz edən “Messages” tətbiqi üçün böyük yeniləmə elan edib. Messencerdə yazışmaların məxfiliyinin təmin edilməsi üçün “end-to-end encryption” şifrləmə funksiyası tətbiq ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Google”un rəsmi bloqundakı məlumata əsasən, indi mesajlarla mübadilə üçün RCS protokolunun dəstəyi bütün dünyada əlçatandır – hərçənd Rusiya, Çin və bəzi digər ölkələrdə xidmət hələ ki aktiv deyil. Şirkət, həmçinin “Android” sisteminin idarəetməsi altında işləyən bütün uyğun qurğular üçün şifrləmə funksiyasının beta sınaqlarına başlanılmasını elan edib. Qeydiyyat prosedurundan keçmiş istənilən şəxs sınaqda iştirak edə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL