waplog

“Amazon” yeni nəsil “ağıllı” eynək buraxıb


ABŞ-ın "Amazon" şirkəti "Amazon Echo Frames" adlı yeni nəsil "ağıllı" eynək buraxıb. Aksesuarda səsin keyfiyyəti yaxşılaşdırılıb və yeni akkumulyator sayəsində avtonom iş vaxtı uzadılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, eynək birinci nəsillə müqayisədə bir dəfə tam enerji ilə doldurulmaqla 40 faiz daha çox işləyir. Yeni qurğu "Android" və "iOS" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonlarla uyğunluq təşkil edir. Həmçinin qoşulma "Bluetooth" vasitəsilə həyata keçirilir. "Ağıllı" aksesuar musiqi nömrələrini səsləndirir, həmsöhbətin səsini translyasiya edir. Bundan başqa, səs ucalığı kənar səsin səviyyəsindən asılı olaraq avtomatik tənzimlənir. Həmçinin mikrofon, hadisələr və məlumatlar haqqında bildiriş dəstəyi və VIP filtrlər kimi yeni funksiyalar əlavə olunub. Eynəyə göz həkimi tərəfindən təyin edilən dioptriyaya uyğun linzalar quraşdırmaq mümkündür.

 

Hazırda yeni qurğu üçün 250 dollara ilkin sifarişlər qəbul edilir. Öz növbəsində birinci nəsil eynək istifadəçiləri yeni eynəyi 70 dollara əldə edə bilərlər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL