waplog

Süni intellekt “Facebook”da təhqiredici yazıların 95%-ni silir


“Facebook” sosial şəbəkəsindən bildirilib ki, platformanın süni intellekti başqa istifadəçiləri təhqir edən yazıların 95%-dən çoxunu silir. Ancaq sistem hələ ki memləri başa düşmür.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Facebook” şirkəti sosial şəbəkədəki təhqiredici mesajları tapıb silən və süni intellekt əsasında işləyən alqoritmin hazırlanmasına bir neçə il vaxt sərf edib. Şirkətin məlumatına görə, hazırda texnologiya canlı moderatorların müdaxiləsi olmadan belə məzmunun 95%-ni aşkar edə bilər. Ancaq digər 5%-i müəyyənləşdirmək çətindir və indi şirkət bunun üzərində çalışır.

 

“Facebook”dan bildirilib ki, onların süni intellekt sistemi nifrət dolu 94,7% (22,1 milyon) yazını aşkar edib və 2020-ci ilin üçüncü rübündə onların hamısı avtomatik silinib. 1 il bundan əvvəl müvafiq rübdə süni intellekt sistemi nifrət dolu yalnız 80,5% (6,9 milyon) yazı aşkar etmişdi. Şirkət, həmçinin bu rəqəmləri “Community Standards Enforcement Report” hesabatında dərc edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL