waplog

Təkmilləşdirilmiş “Honor MagicBook Pro” noutbuku “Intel” prosessoru ilə təchiz edilib


“Huawei” şirkətinin Çin konsorsiumuna satmağa hazırlaşdığı “Honor” brendi 16 düymlük “MagicBook Pro” noutbukunun təkmilləşdirilmiş modelini təqdim edib. Onun daha güclü versiyası 10-cu nəsil “Intel Core i5-10210U” prosessoru və “Nvidia GeForce MX350” diskret videokartı ilə təchiz edilib. Əvvəllər qurğu “AMD Ryzen” çipi və quraşdırılmış “Radeon” qrafik kartı ilə təklif edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, məhsuldar proqram təminatına malik yenilənmiş noutbuk 1325 dollar dəyərində qiymətləndirilir. Onun dekabrın 4-dən etibarən satışa çıxarılacağı gözlənilir.

 

“MagicBook Pro i5” noutbuku “sRGB” rəng sahəsini 100 faiz əhatə edən 16,1 düym diaqonallı ekran, 1,6 giqahers (sürətləndirilmiş rejimdə 4,2 giqahers) takt tezlikli dördnüvəli “Core i5-10210U” prosessoru və 2 giqabaytlıq videoyaddaşa malik “GeForce MX350” qrafikası ilə təchiz edilib. Soyutma iki “Shark Fin 2.0” ventilyatoru tərəfindən həyata keçirilir.

 

Alüminium korpusun qalınlığı 16,9 millimetr, çəkisi 1,7 kiloqram təşkil edir. Akkumulyator tutumu 56 vatt saata bərabərdir. “AMD” çipinə malik modeldən fərqli olaraq “Intel” versiyası 65 vatt gücündə sürətli enerjidoldurmanı dəstəkləyir. “Honor” nümayəndələrinin sözlərinə görə, o, batareyanı 30 dəqiqəyə 50 faiz enerji ilə doldurmağa imkan verir.

 

Qoşulma üçün bir “USB-C” portu və üç “USB 3.0” (Type-A), “HDMI”, eləcə də qulaqcıq üçün 3,5 millimetrlik audioçıxış nəzərdə tutulub. Barmaq izi skaneri işəsalma düyməsinə quraşdırılıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL