waplog

Sinqapur rəqəmli texnologiyalar vasitəsilə səyahət qaydaları hazırlamağı təklif edir


Sinqapur hakimiyyəti digər ölkələrə turist səfərlərinin bərpası və böyük konfransların keçirilməsi üçün müəyyən qaydaların müəyyənləşdirilməsi məqsədilə öz təcrübəsindən istifadəni təklif edir. Bu barədə Sinqapurun ticarət və sənaye naziri Çan Çun Sin “Travel Revive” beynəlxalq turizm sərgisinin açılışında bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, pandemiya başlayandan sonra “Travel Revive” praktiki olaraq ənənəvi formatda keçirilən ilk tədbirdir.

 

Nazir çağırışla çıxış edərək qeyd edib ki, “COVID-19” pandemiyası bitsə belə dünya turizm sənayesi, beynəlxalq səyahətlər əvvəlki kimi olmayacaq. Onun sözlərinə görə, Sinqapur turist səfərlərinin bərpası üzrə yeni qaydaların hazırlanması və həyata keçirilməsində qabaqcıl ölkələrdən biri olmaq niyyətindədir. Söhbət Sinqapura gəlməzdən əvvəl polimeraz zəncirvari reaksiya (PZR) testlərinin və gəldikdən dərhal sonra, eləcə də ölkədə olan zaman antigigiyena tədqiqatlarının aparılması üzrə tələblərin tətbiqindən gedir. Bundan başqa, təmasların izlənilməsi məqsədilə mobil telefonlar üçün xüsusi proqramlardan istifadə nəzərdə tutulur.

 

Məsələn, burada “TraceTogether” sistemi hamı üçün mütləqdir. İstifadəçi sistemdə şəxsiyyət vəsiqəsi vasitəsilə qeydiyyatdan keçir və ona unikal nömrə verilir. “İaşə müəssisələrinə baş çəkərkən proqramın köməyi ilə “QR” kodunu skan etmək lazımdır. Bundan sonra “Bluetooth” vasitəsilə unikal rəqəmli kodların avtomatik mübadiləsi həyata keçiriləcək. Alınan şifrlənmiş informasiya 2-3 həftə saxlanılır ki, bu da infeksiyaya yoluxmuş xəstə aşkarlandığı halda onun təmasının əhatə dairəsini müəyyənləşdirməyə imkan verəcək” – məlumatda qeyd olunur.

 

Nazirin sözlərinə görə, böyük beynəlxalq konfransların keçirilməsi üçün hökumət tərəfindən müəyyən tələblər hazırlanıb. Məsələn, onlar bilavasitə tədbirlər başlamazdan əvvəl bütün iştirakçı və qonaqların koronavirus testindən keçirilməsi kimi bir sıra tədbirləri nəzərdə tutur. Bundan əlavə, binaların daxilində forumun keçirilməsi zamanı orada qalmağa imkan verən, lakin onlar arasında hərəkətin qadağan olunduğu xüsusi zonalar quraşdırılacaq.

 

Təşkilatçıların proqnozuna görə, ikigünlük “Revive” sərgisini 10-dan çox ölkədən qonaqlar daxil olmaqla minə yaxın insan ziyarət edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL