waplog

Çində 700 mindən çox “5G” baza stansiyası inşa edilib


Oktyabrın sonuna olan məlumata görə, Çində 700 mindən çox “5G” baza stansiyası istismara verilib, 180 milyondan çox terminal qurğu isə beşinci nəsil mobil şəbəkələrinə qoşulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları nazirinin müavini Lyu Lehun Quancjouda keçirilən “5G” Ümumdünya Konfransında məlumat verib.

 

Onun sözlərinə görə, ölkədə “5G” texnologiyasının real iqtisadiyyatla inteqrasiyasının sürətlənməsi və terminalların sayının artırılması tendensiyası müşahidə olunur. Bu texnologiya “ağıllı” istehsal, səhiyyə, energetika, kənd təsərrüfatı sektoru və başqa sahələrdə tətbiq edilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL