waplog

Rusiyada Milli Kvant Laboratoriyası yaradılacaq


Rusiyada kvant texnologiyalarının inkişafına yönələn federal layihənin həyata keçirilməsi çərçivəsində Milli Kvant Laboratoriyası inşa ediləcək. Bu barədə mətbuat konfransında jurnalistlərə “Rosatom” dövlət korporasiyasının kvant texnologiyaları üzrə layihə ofisinin rəhbəri Ruslan Yunusov bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, yeni struktur universitet, elmi mərkəz, texnoloji şirkət, maliyyə təşkilatı, startap və tərtibatçı komandaların kvant kompüterlərinin yaradılması sahəsində səy və resurslarını birləşdirəcək. Yaradılan konsorsiumun iştirakçıları kvant hesablamaları sahəsində işlərin aparılması üçün lazımi infrastrukturun inkişafı ilə məşğul olacaq, eləcə də kadr hazırlığını təmin edəcəklər.

 

“Dünyada milli proqramlar çərçivəsində kvant texnologiyalarının inkişafını təkcə biz düşünmürük. Onlar bu yaxınlarda Avropa, Çin, ABŞ və Hindistanda istifadəyə verilib. Hazırda biz kvant texnologiyalarının inkişafı üzrə milli “yol xəritəsi” çərçivəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Milli Kvant Laboratoriyası yaradırıq”, – korporasiya təmsilçisi əlavə edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL