Simsiz əlaqə operatorlarının infrastruktur xərcləri artacaq
Simsiz əlaqənin inkişaf tendensiyalarını tədqiq edən “İHS iSuppli” analitikləri 2011-ci ildə bu infrastruktura 43.2 milyard dollar xərclənəcəyi qənaətinə gəliblər. Bu isə keçənilki nəticədən 7,7% yuxarıdır.
İnfrastruktur xərclərin 2009-cu ildə 7,2% kəskin düşməsindən sonra bu, ən əhəmiyyətli artımıdır. 2014-cü ilə qədər infrastruktur xərcləri hazırkı səviyyədə qalacaq. Bu göstəricinin 2015-ci ildə 1,3% artacağı gözlənilir.
Simsiz infrastruktur xərclərin artımı Afrika, Yaxın Şərq və Mərkəzi Amerika istisna olmaqla, dünyanın bütün regionlarında qeydə alınacaq.
Ehtimal edilir, infrastrukturun inkişafı üçün Asiya-Sakit okean regionu (18,9 milyard dollar), Avropa (11,5 milyard dollar), Şimali (7,6 milyard dollar) və Latın Amerikası (3,3 milyard dollar) operatorları daha çox sərmayə qoyacaq.
Simsiz infrastruktura xərclərin ümumi artım proqnozu inkişaf edən ölkələr praktik olaraq aid deyil. Bununla belə, Hindistan bu siyahıda istisna olacaq. Bu ölkədə 3G-tezliyində xidmətlər təklif edən operatorlar bu tip şəbəkələrin formalaşmasına başlayacaqlar. Çində isə tam əksinə, infrastruktur xərclərin azalması gözlənilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL