waplog

“Facebook” kriptovalyutası nə vaxt buraxılacaq?


“Facebook” şirkəti “Libra” kriptovalyutasını 2020-ci ilin əvvəlində istifadəyə verməyə hazırlaşır. Bu barədə “Financial Times” nəşrinin layihəyə yaxın mənbələrə istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, “Libra” Assosiasiyası tərəfindən əvvəlcə birə bir nisbətində dollarla təmin edilən bir sikkə buraxılacaq. Pulun dəqiq tədavülə buraxılma tarixi layihənin İsveçrə Maliyyə Bazarı İdarəsi tərəfindən təsdiq edildikdən sonra məlum olacaq. Hazırda pulun dövriyyəyə buraxılması 2021-ci ilin yanvarına planlaşdırılır.

 

“Facebook” şirkəti “Libra” kriptovalyutasının sınaqlarına 2019-cu ildə başlayıb. O zaman kriptovalyutanın potensial müştəri bazası 1,7 milyard nəfər qiymətləndirilib. Lakin maliyyə tənzimləyici orqanları kriptovalyutanın dövlətlərin monetar suverenitetinə və pul-kredit siyasətinə mümkün mənfi təsirindən ehtiyat ediblər. “Facebook”un kriptovalyuta ideyası bir sıra ölkələr, o cümlədən Böyük Britaniya, ABŞ və Rusiya tərəfindən kəskin tənqid olunub. Ölkələr buna səbəb kimi “Libra” kriptovalyutasının kapitalın nəzarətsiz hərəkəti səbəbindən qlobal maliyyə sistemi üçün risklər yarada biləcəyi göstərilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL