waplog

Çin ilk dəfə süni intellekt sahəsində patentlər üzrə lider olub


Çin ilk dəfə süni intellekt sahəsində patentlər üzrə lider olub. Bu haqda Çin Kiberməkan Tədqiqatları Akademiyası direktorunun müavini Li Yuysyao “WIC” (World Internet Conference) konfransında deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, onun məlumatına görə, 2019-cu ildə Çin şirkətləri və ixtiraçıları süni intellekt texnologiyaları ilə bağlı patentlərin qeydiyyatı üçün 110 mindən çox müraciət təqdim ediblər. Əvvəlki illərdə bu istiqamətdə liderliyi ABŞ qoruyub saxlayırdı. 2019-cu ildə süni intellekt texnologiyaları ilə bağlı patentlər üçün ABŞ-dan edilmiş müraciətlərin sayı açıqlanmır.

 

"Çin informasiya texnologiyaları sahəsində öz müstəqilliyini və texnologiya imkanlarını gücləndirir" – Li Yuysyao deyib.

 

“iiMedia” şirkətinin mütəxəssislərinin qiymətləndirməsinə görə, Çində süni intellekt texnologiyaları ən çox videomüşahidə, maliyyə sektoru, marketinq və nəqliyyat sahələrində istifadə olunur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL