waplog

Yeni sensor qaraciyərin zədələnməsini erkən mərhələdə müəyyənləşdirəcək


Massaçusets Texnologiya İnstitutunun mühəndisləri tərəfindən hazırlanan yeni sensor qaraciyərin zədələnməsini erkən mərhələdə müəyyənləşdirə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, indi qaraciyər zədələnməsinin, həmçinin qaraciyər çatışmazlığına gətirib çıxaran fibrozun erkən diaqnostika üsulu mövcud deyil.

 

Buna görə MTİ-nin mühəndisləri qaraciyər zədələnməsi olan xəstələri aşkar edə bilən yeni qeyri-invaziv test hazırlayıblar. Bunun üçün yeni qurğuda suyun diffuziyasını ölçən nüvə maqnit rezonansı mövcuddur.

 

Yeni sensorun köməyi ilə fibroz 86%, qaraciyərin piylənməsi xəstəliyi isə 92% dəqiqliklə aşkar edilib. Nəticələrin əldə edilməsinə təxminən 10 dəqiqə vaxt sərf edilir, amma indi tədqiqatçılar bu vaxtın azaldılması üzərində işləyirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL