“Arecibo” radioteleskopu sökülüb
Puerto-Rikoda yerləşən “Arecibo” radioteleskopunun platformasının reflektorun üzərinə çökməsi teleskopun tam dağılması ilə nəticələnib. Bu barədə ABŞ Milli Meteorologiya Xidmətinin əməkdaşı Debora Martorellinin “Twitter” bloqunda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, dağıntı ABŞ Milli Elmi Fondu teleskopu istismardan çıxararaq onun sökülməsi ilə bağlı qərar qəbul etdikdən bir neçə gün sonra baş verib. Qərarın qəbul edilməsinə səbəb kimi 57 yaşlı radioteleskopun qəzalı vəziyyətdə olması göstərilir. Bu ilin avqustunda 900 tonluq platformanı havada saxlayan yardımçı burazlardan biri qırılaraq teleskopun aşağı hissəsi üzərinə çöküb və milyonlarla dollarlıq ziyan vurub. Noyabrda isə əsas burazlardan biri qırılıb. Nəticədə mütəxəssislər belə qərara gəliblər ki, konstruksiyanın təmir edilməsi məqsədilə göstərilən səylər işçilər üçün təhlükəlidir və onun dağılmasına səbəb ola bilər. Mütəxəssislər tərəfindən teleskopun nəzarət altında sökülməsi üçün plan tərtib edilərək antenanın vəziyyətinin təkrar qiymətləndiriləcəyi nəzərdə tutulsa da, artıq buna ehtiyac qalmayıb. Rəsədxana əməkdaşları platformanın çökməsi nəticəsində xəsarət almayıblar.
“Arecibo” radioteleskopu karst dəliyində yerləşən 305 metr diametrli sferik antena və antena üzərində 18 metal buraz vasitəsilə üç beton qülləyə birləşdirilərək 137 metr hündürlükdə asılmış şüalandırıcıya malik 900 tonluq hərəkətli platformadan ibarət olub. Radioteleskop 50 ildən çox fəaliyyət göstərdiyi dövrdə elmə böyük töhfə verib. Belə ki, onun vasitəsilə ətrafında ilk məlum ekzoplanetlərin dövr etdiyi “PSR B1257+12” pulsarı kəşf edilib. Həmçinin “Arecibo” tərəfindən sürətli radiosəslər qeydə alınıb.
“Arecibo” radioteleskopu mövcud olduğu müddət ərzində dəfələrlə serial və kionaların çəkildiyi yer kimi istifadə edilib. Məsələn, “Qızıl göz” filminin son epizodları orada çəkilib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL