waplog

Dünyada məktəblilərin 66%-i internetə çıxış imkanına malik deyil


3-17 yaş aralığında olan təxminən 1,3 milyard uşaq evdə internetə çıxış imkanına malik deyil. Bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTI) yeni hesabatında deyilir. Şərqi Avropa və Mərkəzi Asiyada 36 milyon oğlan və qız evdə internetə çıxış imkanına malik deyillər, bu isə regiondakı bütün məktəblilərin 42%-i deməkdir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "news.un.org" saytına istinadən yazır ki, yeni hesabatın müəllifləri qeyd edirlər ki, tələbələr də (24 yaşınadək olan gənc insanlar) eyni problemlə üzləşirlər. Dünyada belə insanların 759 milyonu internetə çıxış imkanına malik deyillər.

 

"Böyük sayda uşaq və gənc insanların evdə internetə çıxış imkanına malik olmaması böyük rəqəmsal fərqin, əsl rəqəmsal uçurumun göstəricisidir" – UNICEF-in icraçı direktoru Henriyetta For deyib.

 

O hesab edir ki, "Ümumdünya Hörümçək Toru"ndan kənarda qalan uşaqlar bir sıra çətinliklərlə üzləşirlər. Onlar bütün dünyadan təcrid edilmiş olur və müasir iqtisadiyyatda rəqabətə davamlı ola bilməzlər. Bu, "COVID-19" pandemiyasına görə məktəblərin bağlandığı mövcud vəziyyətdə uşaq və gənc insanların təhsil almaq imkanını itirməsinə səbəb olur.

 

"Açıq deyək ki, internetə çıxışın olmaması növbəti nəsli onların gələcəyindən məhrum edir" – UNICEF-in rəhbəri deyib.

 

Dünyada təxminən 250 milyon təhsil alan "COVID-19" ilə əlaqədar məktəblərin bağlanmasına görə bu və ya digər dərəcədə əziyyət çəkib. Yüz milyonlarla tələbə virtual rejimdə təhsil almağa məcbur olub. İnternetə çıxışı olmayanlar üçün isə təhsil tamamilə əlçatmaz olub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL