waplog

Azərbaycanın kabel televiziyası operatoru Bakıda rəqəmsal TV-nin işə salınmasına hazırdır


Azərbaycanın kabel televiziyası operatoru "B&BTV Communications" Bakıda DVB-T standartında rəqəmsal yayımın işə salınmasına hazırdır. Bu barədə şirkətin marketinq və satış şöbəsinin meneceri Samir Mahmudov deyib.

Mahmudovun sözlərinə görə, Bakıda və regionlarda rəqəmsal televiziyanın işə salınması üçün desimetrlik tezliklərin (470-dən 862 MHz) mövcudluğu lazımdır.

"Hazırda biz rəqəmsal televiziyanın işə salınması üçün lazım olan tezlik spektrinin əldə edilməsi üçün danışıqlar aparırıq. Rəqəmsal kontentin işə salınmasına gəlincə, biz bunun yaxın ildə baş verəcəyini planlaşdırırıq.

Bu, həm mövcud tezlik resursları, həm də artıq 2013-cü ilin başlanğıcında Azərbaycanda baş verəcək yeni yayım formatına tam keçidə əsaslanıb", - Mahmudov bildirib.

Şirkət hamı üçün əlverişli olan bir sosial paket təqdim etməyi planlaşdırır. Kommersiya əsasında da paketin əsas baza və baza genişləndirilməsi təqdim ediləcək.

Bundan başqa, istehlakçıların marağına (idman kanalları, filmlər və s.) uyğun olaraq, yeni dar çərçivədə ixtisaslaşmış paketlər də təklif ediləcək.

Ümumilikdə rəqəmsal formatda təxminən 100 televiziya kanalı təqdim ediləcək.2012-ci ildə "B&BTV Communications"in rəqəmsal televiziya şəbəkəsi ilə respublikanın 98 faiz ərazisi əhatə olunacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL