waplog

“Samsung Galaxy Note” smartfonlarının son istehsal tarixi məlum olub


“Samsung” şirkəti sonuncu “Galaxy Note” smartfonunu təqdim edərək bu seriyadan imtina edəcək. Bu haqda Cənubi Koreyanın “ETNews” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mənbələrin məlumatına görə, korporasiya 2021-ci ildə sonuncu “Galaxy Note21” qurğusunu çıxarmaq niyyətindədir. Gələcəkdə “Samsung” şirkəti “Galaxy Note”un xüsusiyyətlərini və hazırlamalarını “Galaxy S” seriyasına aid aparatlara inteqrasiya edəcək.

 

Bundan əvvəl “Ice Universe” şəbəkə insayderi “Galaxy Note” seriyasının son istehsal tarixi haqqında məlumat vermişdi.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL