waplog

Noutbukun qızmasını necə aradan qaldırmaq olar?


“Business Insider” nəşri noutbukların qızması ilə bağlı problemlərin həlli üçün altı üsul açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti www.ria.ru” resursuna istinadən yazır ki, birincisi, ventilyasiya çıxışlarını bağlamamaq lazımdır. Əks halda daxildə hava lazımi şəkildə dövr edə bilməyəcək. Həmçinin ventilyasiya çıxışları ətrafında daha çox boş yer saxlamaq tələb olunur. Daha yaxşı olar ki, işləyən noutbuk düz möhkəm səth üzərinə qoyulsun.  
 
İkincisi, kənar ventilyator rolunda çıxış edən xüsusi soyutma altlığından istifadə etmək olar. Bununla yanaşı, qeyd olunan qurğunun noutbukun yalnız bayır hissəsini soyudacağını nəzərdə saxlamaq lazımdır.
 
Üçüncü üsul: qurğunu daha çox yükləyən proqramlardan istifadə edilməməlidir. Belə ki, iritutumlu proseslərin prosessor və digər komponentləri artıq yükləməsi nəticəsində onlar qızmağa başlayırlar.
 
Növbəti tövsiyə noutbukun ventilyator və ventilyasiya çıxışlarının mütəmadi təmizlənilməsindən ibarətdir. Tozun çox olması qurğu daxilində hava axınlarını bloklayaraq onun qızmasına səbəb ola bilər.
 
Bundan başqa, qurğu komponentlərinin yükünü və qızma riskini azaltmaq məqsədilə zəruri hallarda noutbukun məhsuldarlıq quraşdırmalarını dəyişmək tələb olunur.
 
Təklif edilən üsulların ən sonuncusu və ən sadəsi kompüterin soyuması üçün onun müəyyən vaxt ərzində söndürülməsidir.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL