“OLED” materiallarının buraxılışına başlanılıb
Yaponiyanın “Idemitsu Kosan” şirkətinin Çinin Çendu şəhərində yerləşən “OLED” materialların buraxılışı üzrə zavodu tam fəaliyyətə başlayıb. Hazır məhsulların tədarükünə yanvarda başlamaq nəzərdə tutulur. Müəssisənin açılış mərasimi dekabrın 1-də baş tutub.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, bu, şirkətin üçüncü ən böyük istehsal zavodudur. İl ərzində zavod 12 ton hazır məhsul istehsal edəcək. Onun imkanları nəzərə alınmaqla sifarişçilərə ildə 22 ton “OLED” materialının tədarükü mümkün olacaq. Yaponiyada yerləşən ilk “Idemitsu” müəssisəsinin illik istehsal gücü 2 ton təşkil edir. Cənubi Koreyada yerləşən ikinci müəssisə isə genişlənmədən sonra ildə 8 ton məhsul buraxır.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, Çendu zavodu tələbatı durmadan artan Çin sifarişçilərini materiallarla stabil təmin etməyə imkan verəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL