waplog

“Amazon.com”un rəhbərindən qeyri-adi layihə


“Amazon”un yaradıcısı və rəhbəri Ceff Bezos bir gün əvvəl qeyri-adi layihəyə start verib. Layihəyə əsasən "vaxtın özünü testdən keçirməyə" qadir saat hazırlamaq güman edilir. Bezos yaradılan saatın kənardan müdaxilə olmadan işə salınma anından 10 000 il işləyə biləcəyini bildirib. Artıq Bezos unikal saat konstruksiyasının yaradılmasına öz şəxsi fondundan 42 milyon dollar sərmayə qoyub.
İnternet-sahibkarın sözlərinə görə, qeyri-adi saatın yaradılması – bu, zəngin insanın dəliliyi yox, digər insanları da vaxtın hökmran ola bilməyəcəyi dəyərlərin yaradılmasına ilham vermək cəhdidir. "Gələcək nəsillər daha miqyaslı konsepsiyalar və uzunmüddətli perspektivlərlə bağlı düşünməlidir" – deyə “Amazon rəhbəri bildirib.
Mexanizm üzərindəki iş başa çatdıqdan sonra, saatı dağ silsiləsinə quraşdırmaq güman edilir. Bu zaman mexanizm tamamilə avtonom olacaq. "10 000 il – bu, bütün insan sivilizasiyasının yaradılmasına getmiş vaxtdan daha çoxdur. Gələcək nəsillər üçün nəsə saxlamaqla, biz gələcək nəsillərə haqqımızda kiçik iz qoymuş olacağıq" Bezos bu qənaətdədir. Saatın dəqiqliyini NASA-nın reaktiv hərəkət laboratoriyasının mütəxəssisləri müəyyənləşdirəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL