waplog

Ucuz “LG” smartfonlarının istehsalı ilə tərəfdaşlar məşğul olacaq


“LG” şirkəti ziyanla işləyən smartfon istehsalı bölməsini yenidən quraraq diqqəti qabaqcıl modellərə yönəldəcək, aşağı və orta səviyyəli modellərin istehsalını isə müqavilə əsasında fəaliyyət göstərən tərəfdaşlara həvalə etməyi planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, bu, “LG” markalı qurğuların layihələndirilməsi və buraxılışı ilə kənar şirkətlərin məşğul olacağı deməkdir. Rəyi soruşulan analitiklərin fikrincə, Cənubi Koreya şirkəti bu üsulla xərcləri minimuma endirmək və Çin istehsalçıları ilə uğurla rəqabət aparmaq niyyətindədir.

 

“LG” smartfonlar biznesi ardıcıl 22 rübdür əməliyyat itkiləri ilə üzləşir. Hazırda şirkət nəzdində “ODM” istehsalçıları – sifariş əsasında məhsullar buraxan şirkətlərlə münasibətlər quracaq yeni struktur yaradılıb. Şirkət potensial tərəfdaşların adını açıqlamayıb.

 

Bununla yanaşı, “LG” tədqiqat və istehsal ilə əlaqədar bir sıra vəzifələri ixtisar edib.

 

Qeyd edək ki, “LG” uzun müddətdir smartfonlar bazarının liderlər qrupunu tərk edib. 2013-cü ilin birinci rübündə üçüncü ən böyük istehsalçı olan Cənubi Koreya şirkəti bu ilin üçüncü rübünün yekunları üzrə hətta ilk yeddiliyə daxil olmayaraq “Huawei”, “Xiaomi”, “Oppo” və “Vivo” şirkətlərindən geri qalıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL