waplog

“Nokia” şirkəti kiçikölçülü smartfonunu təqdim edəcək


“Nokia” şirkəti dekabrın 15-də kiçikölçülü smartfonunu təqdim edəcək. Bu haqda “GicmoChina” nəşri məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, jurnalistlər Çinin Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin (TENAA) məlumat bazasında aparat haqda məlumat aşkar ediblər. Təsvirə və şəkillərə görə, plastik korpusa malik olacaq qurğu 1440x720 piksel təsvir ölçülü 5,45 düymlük IPS ekranla təchiz edilib. Cihaz 1,4 QHs takt tezlikli naməlum 8 nüvəli prosessora, 2 QB əməli yaddaş və 64 QB daxili yaddaşa malikdir.
 
Cihazın ölçüsü yığcamdır. “TENAA”nın məlumatına görə, smartfonun korpusunun uzunluğu 149 mm təşkil edir. Həmçinin qurğu 5 mp-lik kamera, “Wi-Fi” dəstəyi, 2500 milliamper/saat tutumlu akkumulyatora malik olacaq. “Nokia”nın telefonu, çox güman ki, “Android”in yüngül “Go” versiyasının idarəetməsi altında işləyəcək.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL