Üçüncü rübdə ən populyar smartfon brendləri məlum olub
“Counterpoint Research” tədqiqat şirkəti 2020-ci ilin üçüncü rübü üçün qlobal bazar və müxtəlif regionlarda smartfonların tədarükü üzrə hesabat dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, bu ilin üçüncü rübündə dünyada smartfonların tədarük həcmi 366 milyon qurğu təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az olsa da, əvvəlki rübdən 32 faiz çoxdur.
Hesabat dövründə ən çox (22 faiz) smartfon tədarük edən “Samsung” şirkəti olub. Sonrakı pillələrdə “Huawei + Honor” (14 faiz), “Xiaomi” (13 faiz), “Apple” (11 faiz), “OPPO” (8 faiz) və “Vivo” (8 faiz) qərarlaşıb. Cənubi Koreya nəhənginin tədarük həcmi 80,4 milyon qurğu təşkil edib. Bu, şirkətin son üç ildə ən böyük göstəricisi hesab olunur.
Analitiklərin sözlərinə görə, üçüncü rübdə “Apple” şirkətinin payı yeni “iPhone” smartfonlarının buraxılışının təxirə salınması səbəbindən nisbətən az olub.
Müxtəlif regionlar üzrə statistikaya nəzər saldıqda “Samsung” Asiya və Şimali Amerika istisna olmaqla bütün bazarlarda birinci yeri tutub. Asiyada lider “Huaweı” şirkətidir, Şimali Amerikada isə “Apple” smartfonları daha populyardır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL