waplog

İlk sürücüsüz traktor təqdim edilib (VİDEO)


"Monarch" şirkəti dünyada ilk sürücüsüz elektrik traktor təqdim edib. Elektriklə işləyən "ağıllı" traktor müstəqil hərəkət edir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, traktorun tam avtonom olmasına baxmayaraq sürücü üçün yer nəzərdə tutulub. O, 360 dərəcəlik kamera, sensorlar və naviqasiya proqram təminatı ilə təchiz edilib. Traktoru həm planlaşdırılmış işlərin yerinə yetirilməsi üçün proqramlaşdırmaq, həm də müstəqil idarə etmək mümkündür. Bundan başqa, "Kölgə" rejimində bu və ya digər tapşırıqları yerinə yetirən insan izləmə funksiyası mövcuddur.
 
"Monarch" bir sıra özüöyrənmə alqoritmlərindən istifadə edir ki, bu da gündəlik vəzifələrin yerinə yetirilməsi zamanı traktorun bacarıqlarını yaxşılaşdırmağa imkan verir. O, quraşdırılmış sensorlar sayəsində gündə 240 giqabayt tutumlu məlumatı toplayaraq analiz edir. Bura məhsuldarlığın qiymətləndirilməsi, tarla bitkilərinin vəziyyəti və s. göstəricilər daxildir.
 
Traktorun daxilinə 70 at gücündə elektrik mühərrik və 10 saat fasiləsiz işi təmin edən akkumulyator quraşdırılıb. Adi rozetkadan enerjidoldurma vaxtı 5 saat təşkil edir. Qurğu hərəkət zamanı toqquşmanın qarşısının alınması üçün quraşdırılmış sistemlə təchiz ediləcək. Ümumi yükqaldırma qabiliyyəti 998 kiloqrama bərabərdir.
 
Hazırda traktor üçün 500 dollar ilkin ödənişlə sifarişlərin qəbuluna başlanılıb. Artıq yüzlərlə ABŞ fermerinin müraciət etdiyi bildirilir. İlkin qiyməti 50 min dollar təşkil edəcək traktorun tədarükünə 2021-ci ilin payızında başlamaq nəzərdə tutulur.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL