“Samsung” uzun müddət avtonom işləyə biləcək “Galaxy M12” smartfonunu hazırlayır
“Samsung” şirkəti uzun müddət avtonom işləyə biləcək yeni “Galaxy M12” smartfonunu hazırlayır. “Gizmochina” nəşri yeniliyin sertifikatlaşdırılması haqqında məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, orta qiymət seqmentinə aid olan smartfon “Exynos 850” prosessoru, aparatın standart versiyası isə 3 QB əməli yaddaşla təchiz ediləcək. “Geekbench 5” məhsuldarlıq testində “Galaxy M12” aparatı birnüvəli testdə 178, çoxnüvəli testdə isə 1025 bal toplayıb.
HD+ təsvir ölçülü ekranın diaqonalı 6,5 düym təşkil edəcək. Telefonda “iPhone 12” stilində tərtib edilmiş kvadrokamera reallaşdırılacaq. “Samsung Galaxy M12” aparatı 7000 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək. Enerjidoldurma “Type-C” portu vasitəsilə reallaşdırılacaq.
Sözügedən smartfon 2021-ci ilin əvvəlində çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL