Mühəndislər smartfonlar üçün molekulyar sensor hazırlayırlar
Fantastik filmlərdə insanın bu və ya digər göstəricilərini asanlıqla toplaya bilən və təhlil edən bir çox cihazlar nümayiş etdirilir. Almaniya şirkəti buna oxşar qabaqcıl texnologiya hazırlayır: yeni texnologiya smartfonun köməyi ilə molekulyar analiz aparmağa imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, trikoderlə təchiz edilmiş smartfonların müxtəlif sərgilərdə nümayiş etdirilməsinə baxmayaraq, onların hamısının ölçüsü böyük olub. Amma Almaniyanın “Trinamix” şirkətinin hazırlaması analoqlardan öz ölçüsü ilə fərqlənir: telefonun daxilində yerləşdiriləcək sensorun ölçüsü mikroskopik kameradan böyük olmayacaq.
İnfraqırmızı spektroskopik sensorun iş rejimi ələ keçirilmiş molekulyar məlumatların işlənməsi üçün “Qualcomm AI Engine” texnologiyasına əsaslanır. Bu, bir sıra problemi həll etməyə imkan verəcək: bədənin skan edilməsi, dəriyə qulluq üçün tövsiyələr və sairə. Texnologiyanın əsas özəlliyi onun universallığıdır, çünki yeni funksiyalar əldə etmək üçün sadəcə proqram təminatını yeniləmək lazımdır. Əlavə olaraq, müxtəlif plastmasların tərkibini müəyyənləşdirmək, kofeinin səviyyəsini və qəhvə dənlərinin rütubət səviyyəsini, həmçinin qida məhsullarındakı zülal, yağ və karbohidratların faiz nisbətini ölçmək qabiliyyəti haqda bildirilib.
Kommersiya istifadəsi 2021-ci ilin dördüncü rübünə planlaşdırılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL