Şirkətlərin rəqəmli transformasiyasının sürətləndirilməsi üçün alyans yaradılıb
“Dell” şirkəti iri korporasiya və təşkilatlara müxtəlif mənbələrdən daxil olan artan məlumat həcmindən maksimum fayda və səmərəliliklə istifadəyə kömək edəcək “Digi-Data” adlı alyans yaradıb. Təşəbbüs barədə “Dell Technologies Taiwan” şirkətinin baş meneceri Terens Lyao məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews www.servernews.ru” resursuna istinadən yazır ki, layihə şirkət və müəssisələrin rəqəmli transformasiyasını sürətləndirməyə imkan verəcək. Hazırda yeni alyansa 12 iştirakçı, o cümlədən “Ericsson”, “NVIDIA”, “VMware”, “Delta Electronics”, “Sysage Technology”, “Systex” və “Dynamic Computing Technology” şirkətləri daxildir.
“Dell” nümayəndələrinin sözlərinə görə, hazırda generasiya edilən informasiyanın həcmində sürətli artım müşahidə olunur. O, “Əşyalar interneti” qurğuları, beşinci nəsil mobil rabitə sistemləri, süni intellekt və kompüter təlimi platformaları, virtual və əlavə reallıq sistemlərindən daxil olur. Yaradılan alyans bu məlumat axınlarının toplanması və analizinə xidmət edəcək.
Şirkətin tədqiqatına görə, 2025-ci ildə qlobal miqyasda generasiya edilən informasiyanın həcmi hazırkı 33 zettabaytdan 175 zettabaytadək artacaq. Başqa sözlə, “CAGR” göstəricisi (mürəkkəb faizlərdə ortaillik artım tempi) 61 faiz təşkil edəcək. Belə şəraitdə şirkətlərə informasiyanın idarə edilməsi üçün effektiv həllər tələb olunacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL