waplog

“Nokia” şirkəti ilk noutbukunu təqdim edib


Finlandiyanın “Nokia” şirkətinin “PureBook X14” adlandırılmış ilk noutbuku rəsmən təqdim edilib. Sözügedən noutbuk ilk olaraq Hindistan bazarında satışa çıxarılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, noutbuk yığcam korpusa malikdir və 14 düymlük IPS ekranla təchiz edilib. “Intel UHD Graphics 620” qrafikası ilə işləyən “Intel Core i5-10210U Comet Lake” prosessoru məhsuldarlığı təmin edir.
 
Hələ ki “Nokia PureBook X14” noutbukunun yalnız bir versiyası (8 QB əməli yaddaş və 512 QB daxili yaddaşla təchiz edilib) nəzərdə tutulub. Daxili daşıyıcı “NVMe” texnologiyası üzrə işlənib hazırlanıb.
 
Leptop “USB-A”, “USB-C” portları və 3,5 mm-lik audioçıxışla təchiz edilib. Noutbuk simsiz interfeysləri dəstəkləyir. Bundan başqa, “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyən noutbuk 8 saatadək avtonom iş rejimini dəstəkləyir.
 
Hindistanda “Nokia PureBook X14” noutbuku üçün ilkin sifariş artıq dekabrın 18-də əlçatan olacaq. Qurğu qlobal bazara 2021-ci ildə çıxarılacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL