Yeni “Nokia 5.4” smartfonu təqdim edilib
Finlandiyanın “Nokia” smartfon istehsalçısı yeni “Nokia 5.4” modelini təqdim edib. Telefon tutumlu akkumulyatora, kvadrokamera və kontaktsız ödəniş imkanına malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, yeni aparat HD+ təsvir ölçülü 6,39 düymlük IPS displey və matrisə salınmış ön kamera ilə təchiz edilib. Smartfon “Snapdragon 662” prosessoru ilə təchiz edilib, 4/64 QB və 6/128 QB yaddaş versiyalarında əlçatandır.
“Nokia 5.4” smartfonu 48 mp-lik əsas, 5 mp-lik genişbucaqlı, dərinlik sensoru və makroçəkiliş üçün moduldan ibarət kvadrokamera ilə təchiz edilib. Smartfona, həmçinin “NFC” çipi, radio və 3,5 mm-lik audioçıxış quraşdırılıb. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saatdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL