waplog

Bill Qeyts “Microsoft”‎ korporasiyasına qayıtmayacaq


Bu yaxınlarda Bill Qeytsin yenidən “Microsoft” korporasiyasına qayıtması ilə bağlı şayiələr meydana gəlmişdi. O isə bu şayiələrin yalan olduğunu bildirib.

Cənab Qeyts “Microsoft” korporasiyasını 2008-ci ilin yayında tərk edib. O, Bill və Melinda Qeyts xeyriyyəçilik fondunun işləri ilə məşğul olur. Qeyd edək ki, bu fondun əsası 2000-ci ildə qoyulub.

Bu təşkilat yoxsulluqla mübarizə, vətəndaşların sağlamlığının yaxşılaşması və s. kimi layihələri dəstəkləyir.“Microsoft” banisinin sözlərinə görə, o, korporasiyanı öz xeyriyyəçilik fonduna görə tərk edib və ömrünün sonuna kimi bu işlə məşğul olacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL