waplog

Ən populyar “iPhone” açıqlanıb


Ekspertlər “iPhone 12” smartfonlar seriyası işıq üzü gördükdən iki ay sonra onun populyarlığını qiymətləndiriblər. Bu barədə “Appleinsider” saytının “JP Morgan” bankının analitiklərinə istinadən məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, bankın mütəxəssisi Samik Çattercinin məlumatına görə, seriyada ən populyar qurğu “iPhone 12 Pro” modelidir. Ona tələbat stabil yüksək olaraq qalır. Bunu xüsusilə “Apple” internet mağazasından dünyada orta hesabla 28 günədək artan çatdırılma müddəti sübut edir.
 
Bununla yanaşı, seriyanın ən bahalı “iPhone 12 Pro Max” qurğusuna tələbat tədricən azalır. Bu, Çində xüsusilə nəzərə çarpır. Mütəxəssis tərəfindən bir ay əvvəl aparılan tədqiqatda isə bunun əksi göstərilərək “12 Pro Max”ın seriyada ən populyar smartfon olduğu bildirilib. Bundan başqa, ekspert tərəfindən seriyanın nisbətən az populyar olan modelləri açıqlanıb. Bunlar “iPhone 12” və “12 mini” modelləridir. Bu qurğuların çatdırılma müddəti cüzi artıb.
 
“Apple” smartfonlarının ümumi qlobal tədarükündə 35 faiz paya malik ABŞ-da “iPhone 12 Pro” modelinə ən yüksək tələbat müşahidə edilir. Burada çatdırılma müddəti 32 gün təşkil edir. Analitikin fikrincə, model 2021-ci il ərzində – yeni “Apple” qurğuları buraxılanadək aktual olacaq.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL