waplog

Yeni “Xiaomi” televizoru buraxılıb


Çinin “Xiaomi” şirkəti kvant pikselli yeni “Mi QLED TV” televizor modelini təqdim edib. Qurğu “PatchWall” istifadəçi interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, televizor 3840 × 2160 piskel təsvir ölçülü “4К” formatlı 55 düym diaqonallı ekranla təchiz edilib. “NTSC” rəng məkanı təxminən 100 faiz, “DCI-P3” məkanı isə 95 faiz əhatə olunub.
 
Panelin çərçivəsi alüminiumdan ibarətdir. Ekran ön səthin 96 faizini əhatə edir, baxış bucağı 178 dərəcəyə bərabərdir. Həmçinin “Dolby Vision” və “HDR 10+” texnologiyaları dəstəklənir.
 
Yeni qurğuya “Mali G52 MP2” qrafik sürətləndiricisinə malik dördnüvəli “MediaTek MT9611” prosessoru quraşdırılıb. Operativ yaddaş tutumu 2 giqabayt, quraşdırılmış isə 32 giqabayt təşkil edir.
 
Televizor “Wi-Fi 802.11ac (2,4 / 5 giqahers) və “Bluetooth 5.0” simsiz rabitə adapterləri, üç “HDMI 2.1” portu, iki “USB” çıxışı, “S/PDIF” interfeysi, “Ethernet” şəbəkə portu, eləcə də ümumi gücü 30 vatta bərabər altı dinamikli “Dolby Audio/DTS-HD audiosistemi, səsli idarəetməyə malik “Mi Voice” məsafədən idarəetmə pultu ilə təchiz edilib.
 
“Mi QLED TV” televizorunun təxmini qiyməti 750 dollar təşkil edir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL