Ölkəmizdə ilk “Creative Solution Go” – “Yaradıcı həllərə doğru” olimpiadası təşkil edilib
"InnoWeek – İnnovasiya həftəsi" çərçivəsində 16-17 dekabr 2020-ci il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Robopark" layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin "Kreativ Azərbaycan" portalının dəstəyi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk "Creative Solution Go" – "Yaradıcı həllərə doğru" olimpiadası təşkil edilib.
"Pandemiya dövründə necə yaşamalı" mövzusunda keçirilən olimpiadanın məqsədi pandemiya şəraitində gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərinin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmaq, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdir.
Olimpiada 7-12 yaşlı uşaqlar üçün 2 kateqoriya üzrə keçirilib. Tədbirdə "Oyun dizayn və təqdimatı" üzrə 16, "Animasiya dizayn və təqdimatı" üzrə 12, ümumilikdə 28 məktəbli iştirak edib. İştirakçılar oyun və animasiya təqdimatlarını hazırlayaraq 2 dəqiqəlik videolar təqdim ediblər.
Animasiya dizayn və təqdimatı üzrə 1-ci yerin qalibi Hüseyn Əhmədli, 2-ci yerin qalibi Yaşar Həsənli, 3-cü yerin qalibi Anna Neymışeva olub.
Oyun dizayn və təqdimatı üzrə isə 1-ci yerin qalibi Saleh Quluzadə, 2-ci yerin qalibi Muhamməd Mustafa, 3-cü yerin qalibi isə Eldar Mustafayev seçilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL