İlin əsas elmi kəşfi məlum olub
ABŞ-ın “Science” elmi jurnalı koronavirus vaksinlərini ilin əsas elmi kəşfi seçib. Söhbət “Moderna”, “Pfizer-BioNTech”, “Sputnik V” preparatlarından və onların digər analoqlarından gedir. Bu barədə jurnalda dərc edilən məqalədə deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məqalədə bildirilir: “Bu il əsas elmi kəşfin bu və ya digər şəkildə koronavirusla bağlı olacağını hamı yaxşı başa düşürdü və son həftələrdə bu şərəfə yüksək effektivliyə malik “COVID-19” vaksinləri nail oldu”. Jurnalın baş redaktoru Qolden Torp əlavə edib ki, bu yaxınlaradək vaksinin kəşfi əlçatmaz görünsə də, indi bütün dünyada kütləvi vaksinləməyə başlanılıb.
Liderlər üçlüyündə “CRISPR” genomu vasitəsilə ilk müalicə və qaradərili alimlərin onlayn cəmiyyətinin yaradılması da yer alıb.
“Science” jurnalı redaksiyasının versiyasına görə, hər il on böyük elmi nailiyyət dərc edilir. Bundan başqa, nəşr oxucular arasında “xalq” kəşfi adına layiq görülənlərin səsverməsini keçirir. Abunəçilərin fikri çox vaxt jurnal müəlliflərinin fikri ilə üst-üstə düşmür.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL