“MicroLED” ekranlı ilk “ağıllı” saat nümayiş olunub
Çinin "Konka Group" şirkəti "MicroLED" ekranlı ilk "ağıllı" saat nümayiş etdirib. Söhbət təkrar enerji toplamadan 35 gün işləyən "Aphaea Watch" adlı qurğudan gedir.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, məlumata görə, yeni qurğu 0,12 millimetr qalınlığında şüşə altlığa malik 2 düym diaqonallı "MicroLED" displeyi ilə təchiz edilib. Ekran görüntünü yüksək keyfiyyətdə ötürür, maksimal parlaqlıq səviyyəsi isə 1500 kandel/kvadratmetr təşkil edir. Həmçinin ekran "DCI-P3" rəng məkanını 147 faiz əhatə edir və -30 dərəcədən +70 dərəcəyədək ətraf mühit temperaturunda işləyə bilir.
"MicroLED" ekranları yüksək kontrastlıq səviyyəsi, sürətli reaksiya və tünd qara rəngi ötürmək qabiliyyəti ilə xarakterizə olunur. "OLED" panelləri ilə müqayisədə "MicroLED" displeyləri yüksək parlaqlıq və stabil işlə seçilir. "Konka" "ağıllı" saatı üçün istehsalçının adının açıqlanmamasına baxmayaraq söhbətin ötən il bu tip panellərin kütləvi istehsalına başlayan Çinin "BOE" şirkətindən getdiyi ehtimal olunur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL