waplog

“5G” dəstəkli ən çox satılan smartfon hansıdır?


“Counterpoint Technology Market Research” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən dünyanın ən populyar smartfonlar reytinqində köklü dəyişikliklərin baş verməsini açıqlayıb. Buna səbəb kimi “ iPhone 12” seriyalı “Apple” qurğularının buraxılışı göstərilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, sentyabrda “5G” dəstəkli ən çox satılan smartfon 5,0 faiz payla “Samsung Galaxy Note 20 Ultra” olub. İkinci mövqedə “Huawei P40 Pro” (4,5 faiz), üçüncüdə “Huawei Nova 7” (4,3 faiz) qərarlaşıb.
 
Oktyabrın yekunları üzrə qlobal bazarda dərhal 16 faiz paya sahib çıxan “iPhone 12” liderliyə yüksəlib. Maraqlıdır ki, bu, smartfon oktyabrda satışa çıxarıldıqdan iki həftə sonra baş verib.
 
İkinci pillədə 8 faiz payla “iPhone 12 Pro” yer alıb. Beləliklə, oktyabrda qeyd olunan iki smartfon dünyanın “5G” qurğular sahəsinin dörddəbir hissəsini tutub.
 
Üçüncü yerə 4 faiz payla kifayətlənən “Galaxy Note 20 Ultra” layiq görülüb. “5G” dəstəkli digər smartfonlar isə 3 faizdən çox nəticə göstərməyib.
 
Noyabr-dekabrın yekunları üzrə “iPhone 12” smartfonlarının ən çox satılan “5G” qurğuları siyahısında lider kimi qalacağı gözlənilir. Lakin növbəti ilin əvvəlində dəyişikliklər baş verə bilər. Belə ki, yanvarın 14-də qabaqcıl “Samsung Galaxy S21” smartfonlarının nümayişi planlaşdırılır. Seriyaya aid bütün qurğular “5G” dəstəyi ilə təchiz ediləcək.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL